Türkiyə-Azərbaycan-Gürcüstan hərbçilərinin Ankarada keçirilən birgə
təlimi başa çatıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk
həftəlik brifinqdə bildirib.
O söyləyib
ki, üç ölkənin axtarış və xilasetmə bölmələri hərbi
təlimdə iştirak ediblər.
Z.Aktürkün sözlərinə görə, manevrlər bölmələr arasında dostluq,
əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə
keçirilib. Təlimlərdə bununla bağlı tapşırıqlar icra olunub.