Levan Xarabadze Şida Kartlinin qubernatoru təyin edilib

Levan Xarabadze Şida Kartlinin qubernatoru təyin edilib.


Gürcüstan hökumətinin məlumatına görə, baş nazir İrakli Kobaxidze bu gün, martın 20-də hökumət administrasiyasında Xarabadze ilə görüşüb.

"Yeni qubernator ixtisasca hüquqşünasdır. O, indiyədək Daxili İşlər Nazirliyinin Quriya Polis İdarəsinin direktoru vəzifəsində çalışıb, uzun illər rəhbər vəzifələrdə iş təcrübəsi var". - hökumətin bəyanatında deyilir.

Şida Kartlinin keçmiş qubernatoru Mixeil Şakulaşvili martın 7-də istefa verib.

Mixeil Şakulaşvili 2022-ci ildə İrakli Qaribaşvili tərəfindən Şida Kartlinin dövlət müvəkkili təyin edilib. Bundan əvvəl o, Gürcüstanın Baş Prokurorluğunda müxtəlif vəzifələrdə çalışıb.

Mənbə: Tabula

 

Print Email
FaceBook Twitter Google