Pakistanda kömür şaxtasında partlayış olub, 12 nəfər ölüb
16:53 / 20.03.2024
Pakistanın Harnay rayonunda kömür şaxtasında partlayış baş verib.
Məlumata görə, metan partlayışı baş verən zaman hadisə yerində 20
şaxtaçı olub. Onlardan 12-si həlak olub.
Qeyd edilib ki, zərərçəkənlər xəstəxanaya çatdırılıb.