2000 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi
əsərlərində çəkilirdi.
Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə
qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə
edirdilər.
XX əsrdə qanqalın qara ciyərə olan xeyirli təsiri Myunxen
(Almaniya) farmasevtik institutunda təsdiq olunub. Qanqal dünya
farmasevtik sənayesində qara ciyərin fəaliyyətini yaxşılaşdıran
müxtəlif dərman preparatlarının tərkibinə daxil edilir. Belə
dərmanlar qara ciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı
təyin olunur.
Xalq təbabətində qanqal çox geniş istifadə olunur. Bu bitki ürək,
oynaqlar xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi,
xolesistit (öd kisəsi iltihabı), kolit, babasil, mədə xorası, dəri
xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları
zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə,
yağ, müalicəvi toz hazırlayırlar. Qanqalın ən xeyirli hissəsi onun
toxumlarıdır.
Yuxarıda qeyd etdiyimiz kimi qanqal qara ciyər xəstəlikləri zamanı
xüsusilə xeyirlidir. Qanqalın toxumları yığılır, toz halına salınır
(qəhvə üyüdən maşında) və hər gün 3-4 dəfə 1 çay qaşığı olmaqla
yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu - 1 ay,
sonra 1 ay fasilə və təkrar 1 ay qəbul edirlər.
Qanqaldan dəmləmə hazırlamaq üçün 1 çay qaşığı qanqal toxumu (və ya
1 xörək qaşığı yarpaqlar və güllər) 1 stəkan qaynar suda 20 dəqiqə
ərzində dəmlənilir, süzülür və 1/2 stəkan olmaqla gündə 2 dəfə
(nahardan və axşam yatmazdan əvvəl) qəbul edilir. Belə dəmləmə
aterosklerozla mübarizə etməyə kömək edir, mədə-bağırsaq
xəstəlikləri, ginekoloji xəstəliklər zamanı istifadə olunur. Belə
dəmləmə həmçinin qara ciyəri yaxşı təmizləyir, öddə durğunluq
aradan qaldırır.
Qanqal dəmləməsi həmçinin müxtəlif dəri xəstəlikləri (psoriaz,
ekzema və s.) zamanı istifadə olunur, civzələr və sızanaqlardan
azad olunmağa kömək edir.
Babasildən əziyyət çəkən insanlar qanqal dəmləməsi ilə islatmalar
istifadə edə bilərlər. Tənzif qanqal dəmləməsində isladılır və
babasil düyünləri üzərinə qoyulur.
Qanqalda müalicəvi yağ hazırlanır. Bu yağ yüksək yarasağaldan
xüsusiyyətlərə malikdir. Dəridə müxtəlif yaralar, yanıqlar, düz
bağırsaq çatları zamanı istifadə olunur.
Mənbə: Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415