Cənubi Qafqaz üzrə “Azad Rusiya” Fondunun rəhbəri İqor
Kuroptevin sözlərinə görə, daha bir rusiyalı fəal Gürcüstana
buraxılmayıb.
Onun sözlərinə görə, dünən İqor Miqlanın Tbilisi hava limanına
girişinə “izah olmadan” icazə verilməyib.
Kuroptev yazır ki, Ukraynada müharibə başlayandan sonra rusiyalı
fəal ukraynalı qaçqınlara kömək etmək üçün müxtəlif mühacirət
layihələri üzərində çalışıb və bunun nəticəsində 8 mindən çox
ukraynalıya tibbi yardım göstərilib.
“Bu, Gürcüstanın maraqlarına təhlükə yaradırmı? Əmin
deyiləm”, - o yazıb.
Kuroptev sosial şəbəkədə Daxili İşlər Nazirliyinə müraciət edir və
qurumu İqor Miqlanın ölkəyə daxil olmasına icazə verməyə
çağırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415