Novruz bayramı nə üçün istirahət günü elan edilməlidir
Salam platforması Novruz bayramının istirahət günü kimi qəbul edilməsini tələb edir. Salamın təsisçilərindən biri Elnur Əlisoy bizimlə söhbət zamanı bildirdi ki, Novruz Gürcüstan tarixində və ənənələrində dərin kökləri olan bayramdır.

"Bu bayram ilk əvvəl Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poemasında və digər gürcü ədəbiyyatı əsərlərində də xatırlanıb. Bu Novruzun yad olmamasına sübutdur. Novruz bayramının gürcü və xristianlıqla, ənənələri ilə bağlı çox ortaq nöqtəsi var. Təəssüf ki, sistemlər tərəfindən – sistem deyəndə dövlət qurumlarını nəzərdə tuturam, elə münasibətlər var və ümumiyyətlə siyasi yanaşma belədir ki, Gürcüstanın mədəni irsi sözünü deyəndə yalnız etnik gürcülərin mədəni irsi nəzərdə tutulur. Bu zaman Gürcüstanda yaşayan müxtəlif etnosların formalaşmış mədəni irsi itir və Gürcüstan bu möhtəşəm inciləri itirir."

Salam platforması mövzu ilə bağlı çox sayda aksiya keçirib, səhnəciklər təşkil edib. Həmin tədbirlər Novruzun əhəmiyyətinin izahı və istirahət günü elan olunması ilə əlaqədardır. Bu baxımdan ən son tədbir Xuldərə kəndinin icma mərkəzində keçirilib. Bu günün əhəmiyyəti ilə bağlı Oqtay Kazımov, Kamran Əfəndiyev və Elnur Əlisoy “Facebook”-da danışıb.

"Biz düşünürük ki, bir halda Novruz əhalinin yadına bayram yaxınlaşanda düşür (fevralın sonu martın əvvəli) yaxşı olardı ki, bu bayramı başqa aylarda da xatırlasınlar. İlk aksiyamız Gürcüstan prezidentinin administrasiyası qarşısında baş tutdu. Aksiyada sazda, tarda musiqi ifa etdik və sonra Gürcüstan prezidentinə məktubla rəsmi müraciət etdik ki, Novruz istirahət günü olsun. Lazım gələcəyi təqdirdə görüşməyə də hazırıq. Sonrakı mərhələdə eyni tələblə Gürcüstan parlamentinə, Tbilisi merinə və Baş-nazirə müraciət etməyi planlaşdırırıq."

"Novruz fars sözüdür. Onun birinci hissəsi “nov” yeni, digər hissəsi “ruz” isə gün deməkdir. Novruz bayramı yazın gəlişi, bəzi ölkələrdə isə yeni il bayramıdır. Qeyd edək ki, Novruz bayramının qeyd olunmasının qədim qaydalarına "Pələng dərisi geyinmiş pəhləvan"-da da rast gəlirik.

2010-cu ildə BMT-nin Baş Assambleyası Novruzu beynəlxalq gün olaraq tanıyıb. 2009-cu ilin 28 sentyabr tarixində UNESCO sammitində Novruz bəşəriyyətin qeyri-maddi mədəni irslərin siyahısına daxil edilib. 2010-cu ildə Novruz bayramı Gürcüstanda ümumxalq bayram elan olunub.

Print Email
FaceBook Twitter Google