Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin Dmanisidə baş verən
insidentlə bağlı məlumat yayıb.
“16 may 2021-ci il tarixində, saat 17.00 radələrində
Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin
azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına
gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə
hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı
bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8
nəfəri Gürcüstanın hüquq müafizə orqanlarıtərəfindən
saxlanılıb.
Dövlət Komitəsiinsidentdən dərhal sonra hadisəyə reaksiya verərək,
soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan
bir neçə şəxsinmağazadan aldıqları məhsulun pulunu ödəmək
istəməməsi səbəbindən baş verdiyibildirilib.
Bununla belə,son dövrlər regionda cərəyan edən hadisələr,
Azərbaycan Respublikasının Vətən müharibəsində əldə etdiyi tarixi
Zəfər, Azərbaycan-Gürcüstan arasında dostluq münaibətlərinin
davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini
ciddi narahat edir. Bu baxımdan Dmanisi rayonunda baş verənlərin
təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da
mövcuddur.
Qeyd edilənləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları
baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa,
təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin
qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq.
Bildiririk ki, Dmanisi rayonunda baş verən insidentə Diasporla İş
üzrə Dövlət Komitəsi həssaslıqla yanaşır və daim diqqət mərkəzində
saxlayır”, – məlumat deyilir.