Şri Lankada Pasxa bayramında kilsə və otellərdə 8 partlayış: azı 207 nəfər ölüb
Şri Lankada kilsələrdə və otellərdə baş vermiş partlayışlar nəticəsində azı 207 adam ölüb, 450 nəfər yaralanıb, polis bildirib.

Polisin bildiridiyinə görə, Kochchikade, Negombo and Batticaloa şəhərlərində yerləşən 3 kilsə və 3 oteldə partlayış olub.

Xristian təqviminə görə, bazar günü Pasxada önəmli bayram sayılır.

BBC-yə yerli mənbələrdən verilən məlumata görə, ölənlər arasında xarici ölkə vətəndaşları da var.

Reuters polis mənbələrinə istinadən bildirir ki, təkcə Negombo kilsəsində 50-dən çox adam ölüb, Batticaloa kilsəsində ölənlərin sayı 27-yə çatıb.

Baş nazirin rəsmi rezidensiyasının yaxınlığında yerləşən Cinnamon Grand otelinin rəhbərlərindən biri AFP-ə bildirib ki, partlayış restoranda baş verib, azı bir nəfər ölüb.

Sosial şəbəkələrdə Negombo kilsəsindəki partlayışdan sonra dağılmış tavan və skamyalarda qan əks olunan şəkillər yayılıb.



"Dəhşətli mənzərə"

Prezident Maithripala Sirisena əhalini sakitliyə və təhqiqat aparan rəsmilərə dəstək verməyə çağırıb.

Baş nazir fövqəladə iclas keçirib. O deyib: "Mən bu gün törədilmiş kütləvi hücumu şiddətlə qınayıram. Mən bütün şri lankalıları bu faciəvi gündə birliyə və güclü olmağa çağırıram".

Maiyyə naziri Twitter hesabında hücumu "qətllər törətmək, qarışıqlıq, xaos yaratmaq üçün yaxşı koordinasiya edilmiş cəhd" kimi qiymətləndirib və əlavə edib ki, "çoxlu günahsız insan öldürülüb".

Başqa bir nazir isə gördüklərini "dəhşətli mənzərə" adlandırıb.

Hələ ki, heç bir qrup hücumlarla bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Şri Lankada 2009-cu ildə vətəndaş müharibəsinin başa çatmasından sonrakı illərdə nadir hallarda buddist və müsəlman icmalar arasında qarşıdurma olub.

Mənbə: BBC/azerbaycan
Print Email
FaceBook Twitter Google