ABŞ-da koronavirus üzərində təcrübə aparan alim öldürülüb
Yeni koronavirus üzərində əhəmiyyətli araşdırmalar aparan və universitetin açıqlamasına görə diqqətə layiq nəticələrə çatmaqda olan Pitsburq Universitetinin professoru öz evində ölü tapılıb.  Bu haqda məlumatı CNN yayıb. Mətbuat vasitəsinin yazdığına görə, alim odlu silahdan açılan atəş nəticəsində baş, boğaz və bədən nahiyələrindən aldığı yaralardan vəfat edib.

Araşdırmanın versiyasına görə, professor Binq Lu kimliyi hələ də müəyyən edilə bilməyən şəxs tərəfindən öldürüb ki, onu da Lunun evinin yaxınlığında dayanmış maşının içində ölü tapıblar. Polis ehtimal edir ki, qatil əvvəlcə professoru öldürüb, sonra isə özünə qəsd edib.

Pitsburq polisi cinayətin irqi motivli olmasını istisna edir. Pitsburq Universitetinin bəyanatında yazılıb ki, Lu SARS-CoV-2-nin hüceyrə mexanizmini və onun yaratdığı ağırlaşmaların səbəblərini öyrənirdi və kəşf etməyin bir addımlığında idi.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google