Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadıldı
Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. Ölkədəki sanitar-epidemeloji vəziyyət təhlil olunub və ölkə üzrə karantin rejimi uzadılmasına qərar verilib. 1-ci klastr daxil olan şəhər və rayonlar - Bakı, Gəncə, Yevlax, Sumqayıt, Lənkəran şəhərləri və Masallı, Cəlilabad, Abşeron üzrə ciddi karantin qaydalarının tətbiqinə ehtiyac yaranıb.

"Marneuli" radiosu Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, 21 iyundan 5 iyula qədər Bakı, Gəncə, Yevlax, Sumqayıt, Lənkəran şəhərləri və Masallı, Cəlilabad, Abşeronda xüsusi karantin rejimi elan olunacaq. Bu karantin rejimi ilə bir sıra məhdudiyyətlər qüvvəyə minəcək. Belə ki, SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxma tətbiq ediləcək:

"dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq olunacaq, yəni işçilər qruplara bölünərək müxtəlif vaxtlarda işə başlayacaq (işçi heyətin 3 qrupa bölünməsi),

- ticarət mərkəzlərinin fəaliyyəti dayandırılacaq,

- ictimai-iaşə obyektlərinin yerində xidmət dayandırılacaq,

- bərbərxana-gözəllik salonlarında kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlər dayandırılacaq,

- muzey və sərgi zallarının fəaliyyəti dayandırlacaq,

- malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları olmayacaq".

L.Abdullayeva bildirib ki, Bakı metropoliteninin fəaliyyəti məhdudlaşdırılmır. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək: "Verilən qərarlarla bağlı daha geniş və ətraflı məlumat Operativ Qərargahın sabah keçirləcək brifiqində məlumat veriləcək".
Print Email
FaceBook Twitter Google