Cənubi Amerikadan tualet kağızı istehsalı üçün nəzərdə tutulan
xammalı daşıyan gəmilərin az olması dünyada tualet kağızının
çatışmazlığına səbəb ola bilər.
Bu barədə “Bloomberg” nəşri xəbər verir.
Məlumata görə, Braziliyanın “Suzano Papel e Celulose” şirkəti
bildirib ki, qlobal konteyner çatışmazlığı xammal tədarükündə
çətinliklərə səbəb ola bilər. Son aylarda dünyada dəniz
nəqliyyatında daşımaların həcminin artması səbəbindən konteyner və
gəmilərin kəskin çatışmazlığı yaranıb.
Braziliya şirkətinin baş icraçı direktoru Uolter Şalkenin dediyinə
görə, böhran getdikcə ağırlaşır və hazırda yük daşıyıcılarının
çatışmazlığı var.
Mənbə: report.az