"Qarabağ" və "Neftçi" klubunun sabiq futbolçusu İbrahim Qədirzadə
karyerasını Gürcüstanda davam etdirəcək.
22 yaşlı müdafiəçi "Samtredia" klubuna keçib.
Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, İbrahim Qədirzadə son olaraq "Neftçi-2"nin formasını
geyinib. "Qarabağ"ın U-19 komandasında oynayan futbolçu "Xəzər
Lənkəran" klubunun yetirməsidir.
Mənbə: report.az