Bu il iyulun 1-nə Gürcüstanın Azərbaycana borcu 4,85 milyon ABŞ
dolları təşkil edib.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında
bildirilir.
Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu 204 min dollar
azalıb.
İyunun sonuna Gürcüstanın xarici dövlət borcu 8,1 milyard dollara
bərabər olub ki, bunun da 7,5 milyard dolları hökumətin payına
düşür.
Ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu da aylıq
müqayisədə qismən azalaraq müvafiq olaraq 9,406 milyon ABŞ dolları,
34,649 milyon ABŞ dolları və 4,607 milyon ABŞ dollarına bərabər
olub.
Mənbə: report.az