“Yardım 1000-dən 2000 lariyə yüksələcək”
Yanvarın 1-dən analıq məzuniyyəti zamanı özəl sektorda çalışan işçilərə yardım 1000 laridən 2000 lariyə yüksələcək.

Baş nazir İrakli Qaribaşvili hökumətin iclasında müvafiq təşəbbüsdən danışıb.

"Analıq məzuniyyəti məsələsi kifayət qədər problemli idi. Müzakirə apardıq və biz qərara gəldik ki, özəl sektorda çalışan işçilərə analıq məzuniyyəti dövründə yardımı ikiqat artıraq - bu məbləğ yanvarın 1-dən 1000 lari deyil, 2000 lari olacaq.

Bundan əvvəl məktəb müəllimləri məsələsində artımı nəzərə almışıq və gələn ildən məktəb müəllimləri analıq məzuniyyətində maaşlarını tam alacaqlar. İndi biz bunu özəl sektorda çalışan işçilər üçün də qərara almışıq”,
- deyə İrakli Qaribaşvili bildirib.

Print Email
FaceBook Twitter Google