Müalicə və sağlamlıq məqsədi ilə gələn turistlərin sayı rekord həddə qədər azalıb

Gürcüstana müalicə və sağlamlıq məqsədi ilə gələn turistlərin sayı rekord həddə qədər azalıb.

2022-ci illə müqayisədə 2023-cü ildə bir qədər artsa da, pandemiyadan əvvəlki göstəricidən demək olar ki, 5 dəfə aşağıdır.

Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ildə bu məqsədlə ölkəyə 28,8 min, 2022-ci ildə 21,6 min, 2019-cu ildə isə 135,6 min (qeyd: pandemiya dövründə, ikinci 2020-ci ilin rübündən 2021-ci ilin sonuna qədər statistika hazırlanmayıb).

Əvvəlki illərin göstəricilərinə gəlincə, 2018-ci ildə müalicə-sağlamlıq prosedurları üçün 196,8 min, 1017-ci ildə 175,2 min, 2016-cı ildə 205,2 min, 2015-ci ildə 224,4 min və s. insan gəlib. Bu, qeyd olunan göstəricilərdən də görmək olar ki, son 2 ildə azalma rekord göstəricidir.

Məlumat üçün bildirək ki, 2023-cü ildə əcnəbilər tərəfindən Gürcüstana ümumilikdə 6,2 milyon səfər edilib ki, bunun da 0,5 faizi müalicə və sağlamlıq məqsədi ilə gələn əcnəbilərin payına düşüb.

Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google