Rustavidə bir ailənin kompotları oğurlanıb
Rustavidə, Davit Qareji küçəsində yaşayan bir ailənin kompotları oğurlanıb.

"Info Rustavi"-nin verdiyi məlumata görə, kompotlar yaşayış binasının 9-cu mərtəbəsində, xüsusi qurulmuş yerdə saxlanılıb.

Adının açıqlanmasını istəməyən kompotların sahibi 35 ədəd 3 litrlik şaftalı və heyva kompotunun oğurlandığını söyləyib.

"Binanın koridorunda saxladığım kompotları oğurlayıblar. Simvolik olaraq mənə bir banka qoyub gediblər. Yəqin, deyiblər, bütün yazı əmək çəkib, heç olmasa dadına baxsın. Yəni, bəlkə heç olmasa bankaları qaytaralar?", - deyə kompotların sahəsi qeyd edib.

Print Email
FaceBook Twitter Google