Vətəndaş, gecə klubunda qapalı tədbir keçirdiyinə görə 2000 lari məbləğində cərimələnib
13 yanvar tarixində Əmək Müfəttişliyi Tbilisidə gecə klublarından birində qapalı qonaqlıq verdiyinə görə, bir vətəndaşı 2000 lari məbləğində cərimələyib.

Əmək Müfəttişliyindən verilən məlumata görə, onlar operativ məlumatlar əsasında Axmeteli küçəsindəki gecə klubuna gəliblər.

“Bu ərazidə yerləşən əyləncə müəssisəsində onlarla insanın iştirak etdiyi qapalı bir əyləncə tədbiri təşkil edildi.

Sözügedən fiziki şəxs tərəfindən həyata keçirilən fəaliyyət Gürcüstan Hökümətinin 322 saylı Qərarı ilə qadağan olunduğundan, fiziki şəxs 2 000 lari məbləğində cərimələndi və gecə klubunun fəaliyyəti dayandırıldı”,
– deyə Əmək müfəttişliyindən bildirilib.

Qurumdan verilən məlumata görə, yaradılan epidemioloji vəziyyətə görə Əmək Müfəttişliyi vətəndaşların həyat və sağlamlığının qorunması, həmçinin yeni koronavirusla mübarizədə müsbət dinamikanın qorunması məqsədilə tövsiyələrin icrasına nəzarəti gücləndirməyə davam edir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google