2010-cu ildən bəri axtarılan şəxs Zuqdididə saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin Tsalencixa Rayon Bölməsi polis əməkdaşları, Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3 hissəsinə əsasən məhkum olan və axtarılan, 1957-ci il təvəllüdlü E.Q.-ni Zuqdididə həbs ediblər.

"Təqsirləndirilən şəxs, törətdiyi cinayətə görə qanunla nəzərdə tutulmuş şərti məhkumun hüquq və vəzifələrini pozub. Buna görə Zuqdidi Rayon Məhkəməsinin qərarına əsasən, E.Q., 2010-cu ildən bəri axtarışdadır", – deyə məlumatda qeyd olunub.

Print Email
FaceBook Twitter Google