Qardabanidə baş verən partlayışa görə istintaq başladılıb
Gürcüstanın Qardabani rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı istintaqa başlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirib.

İstintaq partlayış maddəsi üzrə aparılır.

Hadisə zamanı xəsarət alan 11 yaşlı məktəblinin həyatının təhlükədə olmadığı bildirilir.

İlkin məlumatlara əsasən, partlayışa əl qumbarası səbəb olub.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google