Tbilisidə 5 aptekin direktorları saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən verilən məlumata görə, Tbilisi ərazisində, müxtəlif növ psixotrop və xüsusi nəzarət altında olan dərmanların resept olmadan və icazə şərtlərini pozaraq sistematik şəkildə satıldığı 5 aptek aşkar edilib.

Xidmətdən verilən məlumata görə, mayın 5-də, müvafiq qərar əsasında hər beş aptekin rəhbərləri qanunsuz fəaliyyət ilə məşğul olmaq ittihamı ilə həbs olunub.

Aparılan istintaq tədbirləri nəticəsində adıçəkilən apteklərdən külli miqdarda müxtəlif növ psixotrop dərmanlar götürülüb. Müvafiq istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 1 ildən 3 ilədək həbs cəzasını nəzərdə tutan 192-ci maddəsinin birinci hissəsi ilə istintaq başladılıb.
Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google