Xilasedicilər gecə saatlarında avtomobili Kür çayından çıxarıb, kişi meyiti aşkarlanıb

Tbilisidəki Metexi körpüsündə axtarış-xilasetmə işləri gecə saatlarında başa çatıb. Xilasedicilər avtomobili Kür çayından çıxarıblar. Orada gənc oğlanın meyiti tapılıb.


"Daxil olan məlumata görə, avtomobil Metexi körpüsündən Kür çayına düşüb. Yanğınsöndürmə və xilasetmə qüvvələri vaxtında müdaxilə edib. Bir qrup dalğıc, eləcə də üzən qurğular, yanğınsöndürənlərin şəxsi heyəti və xilasedicilər cəlb olunub.
Dalğıclar bir neçə saat davam edən axtarışlardan sonra ağır texnika ilə çıxarılan avtomobili tapıblar. Avtomobildə ölmüş gəncin meyiti tapılıb.
Kimliyi isə indiki mərhələdə naməlum olaraq qalır və müvafiq xidmət tərəfindən müəyyən ediləcək”,
- deyə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin nümayəndəsi, Tbilisi Yanğınsöndürmə Qüvvələrinin rəisi Levan Muselian bildirib.

Kür çayında axtarış-xilasetmə əməliyyatları bir neçə saat ərzində davam edirdi. Avtomobil fevralın 15-i axşam saatlarında Metexi körpüsündən aşıb.

Mənbə: Tabula


 

Print Email
FaceBook Twitter Google