Xoş ətirli, dağ bitkisi - Min bir xeyri haqqında faktlar
Elə bitkilər var ki, min bir dərdin dərmanıdır. Biz bəzən ya o bitkiləri tanımırıq, ya da ki haqqında məlumatsız oluruq.

Dağlardan yığılaraq ölkənin hər bir bölgəsində istifadə olunan bitkilərdən biri də uşqundur. Uşqunun bir çox sağlamlıq faydaları var.


Bitkinin tərkibi mineral və vitaminlərlə olduqca zəngindir.

Ondan xalq arasında şəkər, xərçəng, ürək xəstəliklərində, immun sistemin
möhkəmləndirilməsində, orqanizmdə xolesterolun səviyyəsinin aşağı salınmasında istifadə olunur.

Həzm prosesinin yaxşılaşdırılmasında çox faydalıdır.

Uşqunun çiçəkləri isə başqa bir aləmdir. Çiçəkləri yığaraq gün düşməyən yerdə üzərini tənziflə örtərək qurudurlar. Çiçəklərdən dəmlənən çayın faydaları da danılmazdır.

Uşqun çiçəklərinin çayı dəmlənərək gündə bir stəkan içilərsə, mədə-bağırsaq və qaraciyər xəstəliklərindən əziyyət çəkən xəstələrə xeyli köməklik edir.


Saglamolun.Az
Print Email
FaceBook Twitter Google