Arda Gülərin "Real"da debüt edəcəyi tarix bəlli olub
Türkiyə millisinin futbolçusu Arda Gülərin İspaniyanın "Real" klubunda debüt edəcəyi tarix bəlli olub.

18 yaşlı yarımmüdafiəçinin "Rayo Valyekano"ya qarşı La Liqanın 12 turunun oyununda meydana çıxacağı gözlənilir.

Qarşılaşma noyabrın 5-dən 6-na keçən
gecə, Tbilisi vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, Arda Gülər iyulun 7-də "Kral klubu" ilə müqavilə imzalayıb. O, daha sonra zədələndiyi üçün meydana çıxa bilməyib.
Mənbə: report.az

Print Email
FaceBook Twitter Google