Dişlərin təbii rəngi diş minasının sıxlığı, diş toxumasının
keyfiyyəti (dentin) və dişlərin mikrorelyefi ilə müəyyən
edilir.
Bu amillər də öz növbəsində genetikadan asılıdır. Bundan əlavə,
sağlamlıq vəziyyəti və ya xarici təsirlər dişlərin rənginə təsir
göstərə bilər.
"Marneuli" radiosu xəbər verir ki, bir insanın dişləri qar kimi ağ
olsa belə, siqaret çəkəndə, tez-tez isti qara çay və ya qəhvə
içəndə dişləri zamanla sarıya çevrilə bilər.
Əksinə, bir insanın diş minası başlanğıcda çox ağ deyilsə, eyni
zamanda sağlam həyat tərzi sürürsə, o, gözəl bir təbəssüm saxlaya
bilər.
Dişlərin rənginə təsir edən amillər:
- rəngləndirici qidaların və içkilərin
istehlakı;
- siqaret çəkmək;
- əlvan metallarla (məsələn, dəmir və ya nikel) və uçucu
maddələrlə (məsələn, brom, yod) təmasda olmaq;
- pulpa böyüməsi;
- sinirin depulpasiyası və ya ölümü;
- yaşla əlaqədar baş verən dəyişikliklər;
- qaraciyər və öd yollarını təsir edən
xəstəliklər;
- müəyyən dərman vasitələrinin istifadəsi;
- xəsarətlər.
Yuxarıda sadalanan təsirlərə görə, dişlər təkcə sarı deyil, həm də
digər çalarlar, məsələn, yaşıl, boz, mavi, çəhrayı, hətta qara
rəngə çevrilə bilər.
Mənbə: Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415