Hitlerin müavini və Faşist Almaniyasında Gerinqdən sonra 3-cü şəxs
Rudolf Hess 1894-cü ilin 26 aprelində anadan olmuşdur.
Məşhur İspan komandası Atletica Madrid 1903-cü ilin bu günü
yarnmışdır.
26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında
yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı baş verdi. Stansiya
partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi
Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm bulud"unun yerdə qalan
hissəsinin küləklər cənuba "sürükləmişdi". Sonucda Azərbaycan və
Gürcüstanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya
məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji
blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq"
əməliyyatında 129 Azərbaycan və Gürcüstan vətəndaşları da iştirak
edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma
alıblar. Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan
güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan
isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90
%-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın
fəsadları hələ də Avropada dolanmaqdadır.
26 aprel 1991-ci ildə Qarabağ bölgəsində, 4 Azərbaycanlı
təhlükəsizlik işçisi öldürüldü. Hadisəni "Qarabağ döyüşçüləri" adlı
təşkilat boynuna götürdü.