Google elan edib ki, Chrome brauzerinin növbəti versiyaları API
WebGPU dəstəyini əldə edəcəklər.
Şirkətin verdiyi məlumata əsasən bu öz növbəsində veb qrafika
mövzusunda yeni dövrə qədəm qoyacaq. Şirkət həmçinin sözügedən API
tərəfindən olacaq müsbət özəllikləri də açıqlayıb. Məlumata əsasən
yeni API vasitəsilə veb tətbiqlər kompüterin videokartına birbaşa
müraciət edə biləcəklər.
Bu isə öz növbəsində videokartın
resurslarından daha effektiv
şəkildə istifadə etməyə imkan verəcək. Tərtibatçılıq prosesi isə
daha sadələşəcək. Mövcud veb qrafika səviyyəsinə çatmaq üçün
tərtibatçılar daha az mənbə kodundan istifadə edə biləcəklər.
Chrome brauzerinin API WebGPU-ya keçidinin aşağıdakı üstünlükləri
olacaq.
- Süni zəka alqoritmlərinin çalışma effektivliklərinin 3 dəfə
yüksəlməsi
- Daha qəliz veb oyunların yaradılması imkanı
- Brauzerdə qrafikanın render sürətinin artması.
Adi istifadəçilər isə veb qrafikanın renderi zamanı kompüter
sistemlərinə daha az yüklənməni müşahidə edəcəklər. WebGPU Direct3D
12 dəstəkli videokartlar vasitəsilə çalışan Windows kompüterlərində
və API Vulkan dəstəkli macOS, ChromeOS kompüterlərində aktiv
olacaq. Şirkət bildirib ki, gələcəkdə WebGPU Firefox və digər
brauzerlərdə, o cümlədən Android ilə Linux-da da istifadəyə verilə
bilər.
Mənbə: technote.az