"Whatsapp"ın dizaynı dəyişəcək - Yeni versiya
"WhatsApp" messencerinin Android versiyasının dizaynı bir neçə ildən sonra ilk dəfə olaraq dəyişdirilir.

Yeni dizayn daha çox proqramın iOS versiyasına bənzəyəcək.

Tətbiqin dizaynında və interfeysində dəyişikliklər 2.23.8.4 beta versiyasının istifadəçiləri tərəfindən müşahidə edilib. Onlar həmçinin ekranın altındakı yeni naviqasiya paneli ilə proqramın interfeysini göstərən ana səhifənin ekran görüntüsünü paylaşıblar.

Tərtibatçıların fikrincə, dizaynın yeni versiyası istifadəçilərin messencerdə
tablar arasında keçidini asanlaşdıracaq.

Məlumata görə, "WhatsApp"ın Android versiyasının istifadəçiləri illərdir tərtibatçılardan proqramın dizaynını yeniləməyi xahiş edirdilər.

Hələ ki, yenilik yalnız bəzi beta testerlər üçün əlçatandır. Lakin yaxın gələcəkdə yeniliyin bütün versiyalar üçün aktiv olacağı gözlənilir.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google