Bəzi proqramlar “iPhone” telefonlarına yükləmək zərərlidir.
Belə təhlükəli proqramlar istifadəçi məlumatlarını oğurlaya
bilər.
Hətta bu mövcud proqramları sayı çox artıb. Buna görə çalışıb
istifadəçilər tətbiqləri yükləməzdən əvvəl araşdırmalıdır.
İstifadəçilər təhlükəsiz olmayan “Wi-Fi” şəbəkələrinə qoşulmağa
imkan verən proqramlar, eləcə də təsdiqlənməmiş, qeyri-rəsmi və
kriptovalyuta proqramları məlumatlar və təhlükəsizlik baxımından
yüksək dərəcədə risk yarada bilər.
Mütəxəssislər bildirir
ki, “App Store”da olmayan və ya “Apple”
tərəfindən təsdiqlənməmiş proqramları yükləməməyi tövsiyə edir.
Çünki bu tətbiqlər telefonunuza ciddi şəkildə ziyan vura bilər.
Bəzi kriptovalyuta proqramları rəqəmsal valyutaları idarə etmək
üçün faydalı olsa belə, digərləri fırıldaqçılar tərəfindən idarə
oluna və ya istifadəçilərin investisiyalarını riskə ata bilər. Ona
görə də onu yükləməzdən əvvəl onu diqqətli şəkildə araşdırmaq
lazımdır.
Bunlarla yanaşı, kiber zorakılıq və ya digər zərərli fəaliyyətlər
üçün istifadə edilə bilən anonim mesajlaşma proqramlarından
istifadə etməmək barədə xəbərdarlıq edilir.
Mənbə: lent.az