Ulduz falı – Bilik, təcrübə, yeni bacarıqlara yiyələnmək üçün əlverişli gündür
Qoç - sizdən tələb olunan məsələ etibarlı müttəfiq seçməkdir. Bu
yöndə intuisiya sizə yardım edəcək. Əməlləriniz və fəaliyyətiniz
yaxın ətrafınızda olan insanlarda ciddi maraq yaradacaq. Tənqidlərə
əsla fikir verməyin, işinizlə məşğul olun.
Buğa - bilik, təcrübə, yeni bacarıqlara yiyələnmək üçün əlverişli
gündür. Yaşam təcrübəsindən yararlana biləcəyiniz insanlarla tanış
ola bilərsiniz. İşgüzar və şəxsi xarakterli görüşlər uğurlu
nəticələr verəcək.
Əkizlər - nəyin bahasına olursu-olsun mövqeyini qorumağa
çalışmayın. Belə olarsa, fərqli fikrə və mövqeyə malik insanlarla
münasibətlərdə sərinlik yarana bilər. Kompromisslərə meylli olun.
Təmaslardakı gərginliyi aşağı salın, ciddi mübahisələrin
yaranmasına imkan verməyin.
Xərçəng - günün maliyyə fonu əlverişli deyil. Pulla bağlı
əməliyyatlarda ehtiyatlı olun. Planlaşdırılmamış səfər və ya
səyahət olar. Belə səfər çox vaxt alacaq, nəticəsi də uğurlu
olmayacaq.
Şir - yaxın ətrafınızdakı insanlar götür-qoy və təhlil üçün çox
vaxt olmadığını israrla təkrarlasalar da, yekun qərar qəbul etməyə
tələsməyin. Bütün detalları və şərtləri nəzərdən keçirməmiş addım
atmayın. Alış-verişdə bədxərclik etməyin.
Qız - yaxınlarınızla fikir ayrılığı yarana bilər. Güzəştə gedə
bilsəniz, münaqişənin qarşısını ala bilərsiniz. Axşam saatlarında
gəzintiyə çıxın. Maraqlı tanışlıq ola bilər.
Tərəzi - yarımçıq işləri başa vurmaq və çoxdan bəri reallaşdırmağa
çalışdığınız layihənin ilkin mərhələsinə başlamaq üçün əlverişli
zamandır. Yaxın ətrafınızdakı insanlar üçün də maraqlı ola biləcək
məşğuliyyət tapa bilərsiniz.
Əqrəb - ənənəvi, rutin ev işləri və ailə qayğıları həmişəkindən
fərqli olaraq, sizi darıxdırmayacaq. Usanmayın, tənbəllik etməyin,
aktiv çalışın. Qəfil vizitlər ola bilər.
Oxatan - səfər və ya səyahəti təxirə salın. Vaxt və qüvvənizi hədər
yerə sərf edəcək, qarşınıza qoyduğunuz məqsədlərə çatmayacaqsınız.
Alış-veriş üçün pis gün deyil.
Oğlaq - adi günlərdən fərqli olaraq daha emosionalsınız. İstənilən
formada tənqidə və ya irada kəskin reaksiya verməyin. Sizi tənqid
edən insanlardan uzaq dursanız, yaxşıdır. Çünki onlar əhvalınızı
korlaya bilərlər.
Dolça - Səfər, səyahət uğurlu alınacaq. Vaxtınızı mənasız işlərə
səfr etməsəniz, rəqiblərinizlə müqayisədə daha ciddi uğurlara nail
ola bilərsiniz. Alış-verişdə bədxərclik etməyin. Səhhətinizdə
problemlər yaranmayacaq.
Balıqlar - yeniliklər və dəyişikliklər üçün əlverişli gündür.
Zərərli vərdişlərdən birini unudun, yaşam arealında dəyişikliklərə
başlayın. Fəaliyyətinizin effektivlik səviyyəsini arıtrmağa
çalışın.