Ulduz falı – əsəblərinizi tarıma çəkən insanlardan uzaq durun
Qoç - istənilən yeni layihə və iş üçün yaxşı, əlverişli zamandır.
Öz qüvvənizə güvənin. Uğur əldə edə bilərsiniz. Nüfuzunuz artacaq.
Daha təcrübəli insanlar məsləhətlərinizə qulaq asacaqlar.
Buğa - əsəblərinizi tarıma çəkən insanlardan uzaq durun. Heç bir
səbəb olmadan sizi tənqid edən, sürəkli şəkildə iradlarını bildirən
insanlar əhvalınızı korlayacaqlar. Belələri ilə ünsiyyət neqativ
emosiyalar yaradacaq.
Əkizlər - adi günlərdən fərqli olaraq, daha çox yorulacaqsınız.
Maraqlı işlə məşğul olmaq, faydalı məlumatlar əldə etmək olar.
Axşam saatları yaxın dostlarla gəzinti və istirahət üçün
faydalıdır.
Xərçəng - mühüm işləri ertələmək, ya da etibar etdiyiniz insana
həvalə etmək olar. İnsanların gur olduğu yerə yollanmayın.
Şir - mənasız insanla görüşdən imtina edin, söhbəti yarımçıq kəsin.
İşdə daha çox çalışmalı olacaqsınız. Adi günlərlə müqayisədə
görüləsi işlər daha çoxdur.
Qız - rəğbət bəsləmədiyiniz insanların yanında çox vaxt keçirməyin.
Belələri ilə ünsiyyətdən yayının. Həmin insanlarla təmaslardan tam
kənarlaşmaq mümkün olmasa da, əlaqələrin intensivliyini minimuma
endirin.
Tərəzi - maliyyə və pul məsələlərində tələsik qərarlar verməyin.
Bədxərclik etməyin. Dəvət aldığınız yerə yollanın. Ən adi, rutin
işlərə yaradıcı yanaşsanız, axşam saatları maraqlı keçəcək.
Əqrəb - yeni işlərinizdə yalnız etibarlı insanlara güvənin. Bu gün
sizi aldatmağa çalışan insanlar yetərincədir. Günün ilk yarısında
həssas olun. İdeya və planlarınızı kimləsə bölüşməyin. Onlardan
faydalanmaq istəyənlər var.
Oxatan - rəqibləri üstələməyə çalışın. Özünüzə yeni düşmənlər
qazanmayın. Yeni tanışlıqlar üçün pis zaman deyil. Fəqət yeni
münasibətilərdə romantika aramayın. Sevdiyiniz insanla ünsiyyət
əhvalınızı yaxşılaşdıracaq.
Oğlaq - səbrli olun, təmkinli davranın. Çoxdan gözlədiyiniz
hadisələrin baş vermə ehtimalı azdır. Asan, sürətli qələbələrə bel
bağlamayın. İnsanlarla dil tapın. Onların problemləri ilə
maraqlanın.
Dolça - yeni işə başlamaq, tərəfdaşlarla ortaq layihəni müzakirə
etmək üçün əlverişlidir. Qəfil görüş, xoş sürprizlər istisna deyil.
Romantik təmaslar qeyri-adi olacaq. İmiclə eksperimentlər
uğurludur. Alış-verişdə paltar, aksessuar, kosmetika da almaq
olar.
Balıqlar - yalnız gücünüz çatacaq, imkanlarınızın çərçivəsini
keçməyən işlərə başlayın. Belə olarsa, problemlərin öhdəsindən
tezliklə gələ bilərsiniz. Problemlərlə qarşılaşanda tanışlar və ya
tərəfdaşlara müraciət etmək olar. Birgə fəaliyyət taktikası
yetərincə effektivdir.