Ulduz falı – Günün ikinci yarısında indiyədək bilmədiyiniz, agah olmadığınız bacarığınız aşkarlana bilər
Qoç - yaxınlarınızla münasibətlərdə qayğıkeş, həssas olun. Sərt və
aqressiv davranmayın. Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün
əlverişli gündür. Gündəlik yaşamınızda önəmli dəyişikliklər baş
verə bilər.
Mənəvi və emosional baxımdan yeniliklərə hazırlaşın. Qohumların
qəfil, planlaşdırılmamış vizitləri ola bilər.
Qonaqlardan birinin bir qədər çox qalması istisna deyil.
Günün ikinci yarısında indiyədək bilmədiyiniz, agah olmadığınız
bacarığınız aşkarlana bilər. Qısa səfərlər üçün əlverişli zamandır.
Uzunmüddətli səyahətə çıxmayın.
Buğa - çətinliklərdən xali olmayan gündür. Fəqət, problemlərin heç
biri sizi ciddi şəkildə narahat, nigaran və ya pərişan etməyəcək.
Hansısa işlər gözlədiyiniz kimi getmir? Əndiləşənməyin.
Situasiyanın planlarınıza uyğun vəziyyətə düşəcəyi anı
gözləyin.
Nüfuzlu tanışlardan birindən yardım və dəstək ala bilərsiniz.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizə üz
tutacaq. Ona kömək edin, dərdindən hali olun.
Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Əkizlər - qarışıq, mürəkkəb, tələskənlik və vurnuxmanın olduğu
gündür. Neqativ emosiyalarınıza hakim olun, əhvalınızı pozmayın.
Mövqelərinizdən geri çəkilməyin, hirs və qəzəbin əsirinə
çevrilməyin. Sinirli gözlənti böyükdür. Belədə əhvalınızda
problemlər yarana bilər.
Gərəksiz stresslərdən qorunun.
Günün ikinci yarısında adət etdiyiniz yaşam ritmini pozmayın,
ənənələrə xilaf çıxmayın. Sizi birmənalı olmayan situasiyalar
gözləyir. Belə problemlər məngənəsindən itkisiz çıxmaq
istəyirsinizsə çevik, hiyləgər, fəndgir olun.
Xərçəng - çox nəsnələr ilk baxışdan görünəndən daha asan və
sadədir. Dürüst qərarlar üzdə olduğundan çox baş sındırmağa dəyməz.
Başqalarının təcrübəsindən yararlanmaqdan çəkinməyin. Bu minvalla
səhvlərə yol vermək riskini azaldarsınız. Yaranan problemlər ciddi
deyil və çətinliklərin öhdəsindən gələcəksiniz.
Yaxşı sonuc əldə etməyi düşünmədiyiniz işlə bağlı günün ikinci
yarısında irəliləyiş ola bilər. Şərait uğurludur, əhəmiyyətli gəlir
şansı var. Uzaqdan xoş xəbər ala bilərsiniz.
Qohumlardan birinin qəfil gəlişi istisna deyil.
Şir - imkanlarınızı dürüst dəyərləndirsəniz, naqolay vəziyyətə
düşməyəcəksiniz. İlk əvvəl intuisiyanıza və hisslərinizə, yalnız
bundan sonra yaxın ətrafınızdakı insanların dediklərinə güvənin.
Kənardan absurd görünən addımlar atmaqdan çəkinməyin. Çünki yalnız
sizi nəyi və niyə etdiyinizi bilirsiniz.
Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərsiniz. Alış-veriş
üçün münasib zamandır.
Qız - düşünülməmiş qərarlar verməyin, tələsik iş görməyin. Yaxın
ətrafınızdakı insanlar sizinlə razılaşmayacaqlar. Onlar
fikirlərinizin məcrasını və niyyətlərinizi anlamırlar. Nə
istədiyinizi anladın. Dəstə və ya yardım almaq şansları var.
Sevdiyiniz insanları iradlar və tələblərlə yormayın. Bir qədər
güzəştə gedin.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması, təhsil
səviyyəsinin yüksəldilməsi üçün əlverişlidir. Səfər və ya səyahət
sizi yormayacaq. Sükan arxasında çox vaxt keçirməyin.
Tərəzi - ailəvi işlərin və evlə bağlı problemlərin həlli üçün
əlverişli zamandır. Yaşam arealınızı qaydaya salın. Mebel, məişət
texnikası, interyer predmetləri almaq olar. Qonaqlar gələcək.
Səxavətli və qonaqpərvər ev sahibi olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizin yanınızda
özlərini rahat hiss edəcəklər. Çətin vəziyyətə düşən insana yardım
edin, ona dəstək olun. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Səhhətinizdə problemlər yaranmayacaq.
Uzaq gələcək və perspektivlə bağlı qərarlar qəbul etmək olar.
Əqrəb - intuisiyanız güclü olmalıdır. Çünki məhz onun sayəsində
qeyri-adiliyi ilə ətrafdakı insanları heyrətləndirəcək qərarlar
qəbul edə bilərsiniz. Astagəl və süst olmayın, çevik davranın.
İstənilən formatdakı mühüm məsələlərin təhlili, müzakirəsi üçün
yaxşı gündür. Mövqelərinizi sakit, arqumentləşdirilmiş şəkildə
müdafiə edin. Qarşı tərəf sizinlə razılaşacaq.
Günün ikinci yarısı qeyri-adi, alışmadığınız işlər üçün münasibdir.
Yeni situasiyadan sürətlə baş çıxarın, nələrin yaşandığını
anlayın.
Adi durumda sürətlə yorulmamaq üçün ətalətə qapılmayın.
Oxatan - orijinal, müstəqil, aktiv olun. Başqasının getdiyi yolla
irəliləməyin. Bələd olmadığınız insanın məsləhətlərinə kor-koranə
qulaq asmayın. Yolun hara apardığı barədə düşünün. Hələlik qorxulu
heç nə yoxdur. Amma bir qədər sonra öz hədəfinizə yox, başqasının
məqsədinə yaxınlaşdığınızı anlayacaqsınız. Bu isə heç xoş hiss
deyil.
Günün ikinci yarısı aktiv istirahət, gəzinti və fəallıq üçün
yaxşıdır. Aktivlik səhhətinizlə yanaşı, əhvalınıza da müsbət təsir
edəcək.
Oğlaq - yaranan problemlərinizi çözməklə yanaşı, yaxın
ətrafınızdakı insanlara da yardım edin. Yetərincə gərgin, ağır
gündür. Yorula bilərsiniz. Aktiv çalışın, bir qədər istirahət
etməyi də unutmayın. Fiziki işdə fayda var.
Üzgüçülüklə məşğul olmaq istəyirsinizsə, niyyətinizi
gerçəkləşdirin.
Günün ikinci yarısında yaradıcılıq potensialının səviyyəsi aşağı
düşəcək. Orijinal ideyaların qıtlığı hiss olunmayacaq. Formalaşan
çətinliklərin həllində sınanmış metodlar və ənənəvi vasitələrdən
yararlanın. Yeni tanışlıqlar ehtimalı azdır.
Dolça - çoxdan bəri başa vurmaq istədiyiniz işi bitirmək, məqsədə
nail olmaq şansları var. Liderlik məziyyətlərinizi nümayiş etdirin.
Yaxın ətrafınızdakı insanlar arxanızca getməyə hazırdır. Nüfuzlu,
hadisələrə təsir imkanlarına malik insanlar sözlərinizi qulaqardına
vurmurlar. Onlar məsləhətlərinizi dinləməyə hazırdırlar.
Situasiyadan istifadə edərək peşəkar fəaliyyət müstəvisindəki
mövqelərinizi möhkəmləndirə bilərsiniz.
Günün ikinci yarısında ailə üzvlərindən birinin qarşılaşdığı
problemin həllində yardımçı olun. Yaxınlarınıza təzyiq göstərməyin.
Çətin situasiyalarda yumor hissi dadınıza çatacaq.
Balıqlar - özünüz də bilmədən və istəmədən maraqlı, həyəcanlı
hadisələrin burulğanına düşəcəksiniz. Situasiya elə sürətlə dəyişir
ki, yaşananları təhlil etməyə və düşünüb bitkin qərar verməyə vaxt
qalmır. Buna görə də intuisiyanıza güvənin.
Güman və hissləriniz sizi aldatmayacaq.
Günün ikinci yarısı şəraitin dəyişdirilməsi, köç üçün əlverişlidir.
İş yerini dəyişmək barədə də düşünmək olar. Daşınmaz əmlakla bağlı
sərfəli anlaşmaya nail ola bilərsiniz. Çətin anlarda sizi ondan
əsla belə addım gözləmədiyiniz insan dəstəkləyəcək