Günün ulduz falı - 7 yanvar
Qoç - günün əvvəlində davamlı səylər tələb etməyən başlanğıclar
daha uğurludur.
Günün ikinci yarısında həyat sizə xoş tərəfini göstərəcək. Bu
saatlarda dostunuzdan, imkanlı qohumunuzdan və ya hansısa nüfuzlu
şəxsdən əlavə maddi və mənəvi yardım ala bilərsiniz.
Buğa - Günün birinci yarısında pulla bağlı məsələləri uğurla həll
edə bilərsiniz. Bu, maliyyə hesabatlarının aparılması və alqı-satqı
üçün də pis vaxt deyil. Günün ikinci yarısı isə daha gərgin olacaq.
Bu müddətdə emosiyalar ağlı üstələyir.
Əkizlər - ulduzlar sizi ağıllı qənaətcilliyə çağırır. Pullarınızı
xərcləməyə tələsməyin, başqalarının əmanət etdiyi vəsaitə qarşı
maksimal ehtiyat nümayiş etdirin. Borc vermək, bank hesabı açmaq,
sığorta rəsmiləşdirmək, hansısa əmlakla bağlı borc əməliyyatlarına
girmək məsləhət görülmür.
Xərçəng - vacib addımlar atmaq və yeni işlərə başlamaq tövsiyyə
olunmur. Eləcə də əhval-ruhiyyənizin təsiri altında qərarlar qəbul
etməyin. Çünki sonradan hərəkətlərinizə görə peşmanlıq çəkə
bilərsiniz. Günün ikinci yarısında planlaşdırılmış cərrahiyyə
əməliyyatları qətiyyən məsləhət deyil. Spirtli içkilərdən tamamilə
imtina etmək lazımdır.
Şir - bu müddətdə fantaziyanız güclənəcək, incəsənətə həvəsiniz
artacaq. Rəqs, üzgüçülük, hamam və ya saunaya getmək üçün əla
gündür.
Günün ikinci yarısında emosionallıq arta bilər. Əhval-ruhiyyəniz
yüksək olacaq, nikbinliyiniz artacaq. Kütləvi tədbirlər və idman
yarışlarına getmək olar.
Qız - gün ərzində baş verəcək hadisələr sizin gündəlik həyata nə
qədər bağlı olduğunuzu göstərəcək. Əgər mühacirət etmək və xaricdə
işləmək üçün uzunmüddətli müqavilə bağlamaq istəyirsinizsə, düşünün
ki, əcnəbilərlə öz ərazilərində ünsiyyət daha rahatdır, nəinki
kökündən ayrılaraq yad həyata qoşulmaq.
Tərəzi - əgər siz həyatda aktiv möve tutursunuzsa, səhər tez
oyanın. Məhz səhər saatlarında şəxsi təşəbbüs və yaradıcı ruh
nümayiş etdirmək imkanınız olacaq. Günün ikinci yarısında
diqqətiniz maddi tərəfə yönələcək. Bu, iri sövdələşmələr, dəyərli
alqı-satqı, eləcə də uzunmüddətli layihələrə pul qoymaq üçün əla
vaxtdır.
Əqrəb - maliyyə baxımından çox yaxşı bir gündür, bir çoxlarının
işlərini qaydasına salmaq imkanı olacaq. Hətta həyata fərqli baxışa
malik insanlar üçün də dil tapmaq asan olacaq. Şəxsi münasibətlər
baxımından gün çox yaxşıdır. Sevənlər bir-birlərinə diqqətlə
yanaşırlar. Çox emosional olanlar isə bəzən düşünülməmiş hərəkətlər
edirlər, amma qorxmaq üçün ciddi səbəb yoxdur.
Oxatan - mürəkkəb gündür. Biznes planlarınız təhlükə altındadır.
Maliyyə itkiləri gözlənilir. Bir çox Əkizlər öz karyeralarını davam
etdirmək üçün yeni sahələr axtarmağa çalışacaqlar. Əsas məsələ odur
ki, çənənizi möhkəm tutasınız, sirrinizi hətta ən yaxın
adamlarınıza belə, verməyin. Dilinizdən elə sözlər çıxa bilər ki,
həm başqalarının xətrinə dəyər, həm də sizin nüfuzunuza xələl
gətirər.
Oğlaq - işlər yaxşılığa doğru dəyişir. Əsasən ona görə ki, vacib
insanlar sizə hamilik edirlər. "Güclü arxa" hissi sizə ilham verir
və hətta çox güclü rəqiblə mübarizəyə girişməkdən çəkinmirsiniz.
Mübarizə uzun çəksə da, qələbə sizin olacaq. Şəxsi həyatınızdakı
dəyişikliklər sizi sevindirəcək. Vaxtilə korlanmış münasibətləri
bərpa edə bilərsiniz. Keçmiş sinif yoldaşları və həmkarlarınız
sizinlə görüşə şad olacaqlar.
Dolça - sizin imkanlarınız getdikcə genişlənir, tamamilə yeni, çox
faydalı layihəni həyata keçirə bilərsiniz. Əlinizə pul gələcək,
uğurlu sövdələşmələriniz olacaq. İşinizdə diqqətli olun, heç bir
səhv buraxmayın, sənədlərlə diqqətli olun, rəsmilərlə
münasibətlərinizə ciddi fikir verin. Dostluq, sevgi münasibətləri
üçün əla gündür. Çox məlahətlisiniz, sizi maraqlandıran birinin
diqqətini çəkmək asan olacaq.
Balıqlar - siz nüfuzlu adamlarla əlaqələr quraraq öz mövqeyini daha
da möhkəmlədə bilərsiniz. İndi yardım üçün sizə müraciət edənlər bu
vaxtadək sizə üstdən aşağı baxırdılar. Kiçik qisas üçün bu
vəziyyətdən istifadə etməyin. Yaxınlarınızla ciddi fikir
ayrılıqları yaşayacaqsınız. Qısqanclıq sevgilinizlə aranızda uçurum
yarada, xırda anlaşmazlıq ciddi münaqişəyə səbəb ola bilər.