Oto Nemsadze “Avroviziya”nın final mərhələsinə keçə bilmədi
Oto Nemsadze İsraildə davam edən “Avroviziya” mahnı müsabiqəsinin final mərhələsinə keçə bilməyib. Ötən gün müsabiqənin birinci yarımfinal mərhələsi keçirilib. 17 müsabiqə iştirakçısından final mərhələsinə 10 iştirakçı keçib.

Oto Nemsadze müsabiqədə sürünən işğaldan bəhs edən “Sul tsin iare” (Daima irəli get) mahnısı ilə çıxış edirdi.

Finala isə Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya təmsilçiləri çıxıb.

Müsabiqədə Kipri gürcü əsilli müğənni Tamta Qoduadze təmsil edir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google