Uşaq tamaşası Luna və Atəşböcəkləri Planeti Marneulinin kəndlərinə
səyahət edəcək.
İlk səfər 19 oktyabrda, Tsereteli inzibati vahidliyinə baş tutub.
Nümayiş müxtəlif seanslarla keçirilib.
Tamaşa 7-10 yaşa qədər olan uşaqlar və onların valideynləri üçün
nəzərdə tutulub.
“Luna və Atəşböcəkləri Planeti” bir ailənin hekayəsindən söhbət
açır. Ailənin ətrafında möcüzəli sərgüzəştlər baş verir.
Valideynlər övladların tərbiyəsini və ailə işlərini
bərabər
bölürlər. Övladlarını dəstəkləyir və inkişaf etdirirlər. Çünki
onların hər birinin, cinsindən asılı olmayaraq əvəzolunmaz və
xüsusi olduğuna inanırlar. Tamaşanın məzmunu kiçik tamaşaçılara,
eləcə də valideynlərə yaxın adamların həmişə qayğısına qalmağın
ailə xoşbəxtliyinin və harmoniyanın əsası olduğunu xatırladır.
Marneuli Mədəniyyət Mərkəzinin məlumatına görə, tamaşanın Algeti,
Şulaveri, Şaumyan, Qaçağan, Sadaxlı, Tamarisi, Tserakvi, Xocorni
inzibati vahidliyinə daxil olan kəndlərdə nümayiş olunması
planlaşdırılır. Tamaşa azlıqların dilinə tərcümə olunub və
azərbaycanlıların, ermənilərin sıx məskunlaşdığı kəndlərdə, onlara
aydın olan dildə təqdim olunacaq.
Tamaşa BMT-nin Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin, Marneuli
Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı nəticəsində, Avropa İttifaqının
dəstəyi ilə yaradılıb.
Təqdimatda iştirak etmək əvvəlcədən rezervasiya vasitəsi ilə olur.
Tədbirin keçirilməsinin dəqiq tarixləri Marneuli bələdiyyəsinin
Mədəniyyət Mərkəzinin Facebook səhifəsində mərhələli şəkildə
yayımlanacaq.