Vaqif Mustafazadə ilə albom yazdırmış məşhur gürcü cazmen vəfat edib
Gürcüstanda cazın banilərindən sayılan tanınmış bəstəkar Tamaz (Tatuza) Kuraşvili 75 yaşında vəfat edib.

Bu barədə onun dostları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Qeyd edək ki, 1969-1971-ci illərdə Tbilisi Konservatoriyasında təhsil almış Tatuza təhsilini bitirdikdən sonra Gürcüstanın estrada simfonik orkestrində musiqi fəaliyyətinə başlayıb. 1969-cu ildə Bakıda təşkil edilmiş 3-cü Bakı Caz Festivalında uğurlu çıxışı etmiş cazmenlə Vaqif Mustafazadə arasında yaxın dostluq münasibətləri yaranıb.

Tatuza ötən əsrin 70-ci illərində Vaqif Mustafazadə ilə birlikdə həm Bakıda, həm də Tbilisidə konsertlər veriblər və müxtəlif festivallarda birgə çıxış ediblər. Tatuza və Vaqif Mustafazadə 1979-cu ildə ikili albom da yazdırıblar.

Tamaz Kuraşvili eyni zamanda “Bakıda ən isti gün” adlı kompozisiyanın müəllifidir.


Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google