Yeni qubernator üçün qadınların görüşdə iştirakı təbiidir
Yeni qubernatorun sakinlərlə görüşünün təşkil olunmasında Marneuli meriyası qadınların iştirakını da təmin edib.
Xalq müdafiəçisi aparatının Kvemo Kartli üzrə regional nümayəndəsi Mariam Qvidiani öz Facebook səhifəsində bu faktı müsbət dəyərləndirib.



“Kvemo Kartli qubernatoru Maarneuli bələdiyyəsi sakinləri ilə görüşüb. Belə görüşlərə qadınların da qoşulmasını və onların iştirakını alqışlayıram. Gender bərabərliyi ölkənin inkişafının ilkin şərtidir” – Qvidiani yazır.

Qeyd olunmalıdır ki, Şota Rexviaşvili Qaçağan kəndində 3 sentyabr tarixində keçirdiyi görüş zamanı inzibati ərazi vahidliyinin nümayəndəsi tərəfindən dəvət olunmuş müəllimlərə yaxınlaşıb və onlarla söhbət edib.

Görüşdə iştirak edən qadınlar görüş zamanı fəallıq göstərməyiblər və onları narahat edən problemlərlə bağlı söhbət etməyiblər, qubernatora gəlişi üçün təşəkkür ediblər.

Xalq Müdafiəçisinin yazısına Rexviaşvili tərəfindən münasibət bildirilib və o, qeyd edib ki, qadınların problemlərinə qulaq asmaq onun üçün təbii haldır.


“Görüşü obyektiv dəyərləndirdiyiniz üçün çox sağ olun! Həqiqətən “bizi izləyəcəyinizi” bilmirdim. Xanımların görüşdə iştirakı və onların fikirlərini dinləmək mənim tam təbii arzum idi! Sağlam əməkdaşlıq üçün hazıram!” – Qubernator şərhində qeyd edib.

4 sentyabr tarixində Tamarisi kənd sakinləri ilə görüş zamanı qubernator qeyd edib ki, görüşdə kişilərlə bərabər qadınların da iştirak etməsinə görə çox şaddır.

“Xanımların iştirakı vacibdir, mühümdür. Bu günlərdə bu sahədə işləyən bəzi təşkilatlar, yaxşı təşkilatlar da bizi izləyirlər”, – qubernator bildirib.

Marneulidə qadınların iştirakı məsələsi müxtəlif qeyri-hökumət təşkilatları və gender mütəxəssisləri tərəfindən mənfi dəyərləndirilir.
Xalq müdafiəçisi aparatının Marneuli bələdiyyəsinin yeni seçilmiş meri Temur Abazovun qadınların həyat yoldaşları üçün nahar hazırladıqları barədə seksist hesab etdiyi bəyanatı da məhz Qaçağan kəndində olmuşdu.

Gender mütəxəssisləri bildirirlər ki, qadınların iştirakı yalnız seçkiöncəsi inzibati resurslardan istifadə olunması hesabına olur.
2017-ci il yerli özünüidarə seçkiləri nəticəsində Marneuli Bələdiyyə Məclisinə bir nəfər də olsa qadın seçilməyib.

Xalq Müdafiəçisinin nümayəndəsi Mariam Qvidiani Kvemo Kartli quberniyasında da eyni vəziyyəti olduğunu hesab edir.

“Yenə məşvərət şurasının görüşü, yenə qadınlar olmadan. Ümid edirəm ki, yeni qubernator öz fəaliyyəti müddətində bu gün regionumuzda kəskin şəkildə duran gender bərabərliyi məsələsinə daha çox diqqət yetirəcək və ictimai həyatın bütün mərhələlərində bölgə üçün mühüm olan məsələlərin müzakirəsində qadınların iştirakı da təmin olunacaq”, - Qvidiani öz Facebook səhifəsində yazıb.



Print Email
FaceBook Twitter Google