Bu gün, 16 noyabrda Marneuli bələdiyyə məclisinin iclası keçirildi.
İclasın gün qrafiki ilə 11 məsələ nəzərdə tutulmuşdur. Amma büronun
iclasında bir məsələni qrafikdən çıxardılar.
Marneuli bələdiyyə məclisi bütün məsələlərə dair müsbət qərar qəbul
etdi.
Bizimlə söhbət zamanı bələdiyyə aparatının rəhbəri Nino Beridzenin
dediyinə görə, iclasa çıxarılmış məsələlərin əksəriyyəti Marneuli
“Sopdzğali”yə aid idi.
“Bəzi kəndlərdə, Sadaxlı, Qasımlı, Təkəlidə içməli su
xəttinin bərpası-qurulması həyata keçirildi. Qeyd olunan layihələr
başa çatıb. Bələdiyyə balansına götürüb və ehtiyac yarandı ki, bu
xətt Marneuli “Sopdzğaliyə” verilsin” – deyir Nino
Beridze.
Bələdiyyə məclisində eləcə də Marneuli bələdiyyəsi və Yol
Departamenti arasında bağlanan müqavilə əsasında verilmiş maşın
məsələsi də müzakirə olundu. Avtomobili daimi istifadəyə İctimai
Səhiyyə Mərkəzi verib.
Bundan əlavə bələdiyyə məclisində Marneulinin büdcəsinə müəyyən
dəyişikliklər daxil edildi.
“Müxtəlif qənaətlərdən artmış vəsait “Sopdzğalinin” və
başqa infrastruktur layihələr arasında bölüşdürülüb”
– qeyd edir Nino Beridze.
İclasda bələdiyyə məclisi qərar qəbul etdi ki, 14 noyabrda
Seretelidə dünyasını dəyişən 16 yaşlı gəncin dəfn xərclərini meriya
rezerv fondundan ödəyəcək.