Uşaq bağçalarının rəhbəri hədiyyələri şaxta baba paltarında paylayıb
Uşaq bağçalarında yeni il hədiyyələrinin paylanmasına artıq başlanılıb. Bizimlə söhbət zamanı Marneulinin uşaq bağçaları birliyinin rəhbəri Zaur Kərəmovun dediyinə görə, yetirmələrə hədiyyə olaraq rəngli qələmlər, qələm, təhlükəsiz qayçı, rəsm dəftəri, rəngli kağızlar, pozan və qələm qədləyən verilib. Zaur Kərəmovla birgə birliyin bir neçə nəfər əməkdaşı müəssisələrə şaxta baba formasında gedir. Yeni il əhval-ruhiyyəsi yaradırlar və uşaqlara hədiyyələr paylayırlar.

“Bu gün beş bağçada hədiyyələr payladıq. Ən böyük qrupları olan bağçalara sabah gedəcəyik və bununla da başa çatacaq” - deyir Zaur Kərəmov.

2300 uşaq üçün hədiyyələr almağa Marneulinin uşaq bağçaları birliyinin büdcəsindən 4 945 lari xərclənib.
Marneuli miqyasında cəmi 14 uşaq bağçası var. Yeni il tətili 28 dekabrda başlayacaq və 15 yanvara qədər davam edəcək.

Əsas şəkil Zaur Kərəmovun Facebook səhifəsindən götürülüb.

Print Email
FaceBook Twitter Google