İyulun 31-dən Gürcüstanın paytaxtı Tbilisi Ukraynadan olan
qaçqınların sığınacaqla təmin olunması proqramını məhdudlaşdırır.
Bu barədə Gürcüstan mətbuatı xəbər verir.
Bildirilir ki, ukraynalı qaçqınlar aylıq maddi yardım alacaqlar.
Bu, hər ailə üçün 300 lari (təxminən 100 ABŞ dolları) və əlavə
olaraq adambaşına 45 lari (16 dollar) müəyyən edilib. Bundan əlavə,
beynəlxalq təşkilatlar (“World Vision” və BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığı - UNHCR) adambaşına 235 lari (80 ABŞ dolları)
məbləğində yardım paketini nəzərdən keçirir.
Mart ayından Tbilisi meriyası qaçqınları gündə üç dəfə yeməklə
müxtəlif otellərə yerləşdirib. Bu proqram çərçivəsində şəhər 5
100-ə yaxın insanı qəbul edib, bu gün 2 300-dən çox ukraynalı
otellərdə yaşayır.
Tbilisi meriyasının proqramı ayın sonunda başa çatacaq.