Rustavi meriyası tərəfindən hədiyyə edilmiş istifadə edilmiş avtobuslarda təmir işləri aparılır

Rustavi meriyası tərəfindən hədiyyə edilmiş üç avtobusda təmir işləri və texniki baxış həyata keçirilir.


“Avtopark” MMC-nin rəhbəri Qiqa Calağonia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, işlərin nə vaxt tamamlanacağı dəqiq məlum deyil, ancaq tezliklə təmir etməyə çalışacaqlar.

“Bu nəqliyyat hələ təmir edilməlidir, uzun müddət hərəkət etməyib, hələ ki, təmir işləri aparılır. Sıradan çıxmış hissələri var, material lazımdır. Texniki məsələlər həll olunmalıdır. Çalışacağıq, tezliklə tamamlayaq”.

Hələ ki, üç ədəd avtobusun bələdiyyənin hansı istiqamətlərinə bölünəcəyi məlum deyil. Qiqa Calağonianın sözlərinə görə, bu məsələni meriya ilə razılaşdıracaqlar.

Rustavi meriyası Marneuli yerli özünüidarəsinə istifadə edilmiş avtobusları bir neçə həftə əvvəl hədiyyə edib. Marneuli meriyası evakuatorla daşıma xidməti üçün 1350 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb.

 

 

Print Email
FaceBook Twitter Google