Marneulidə yerli özünüidarə tərəfindən iftar süfrəsi təşkil edilib
13 aprel tarixində, Marneulidə yerli özünüidarə tərəfindən iftar süfrəsi təşkil edilib.

Bu barədə məlumatı mer Kənan Ömərov özünün “Facebook” səhifəsində paylaşıb. Paylaşılan məlumatda yerli müsəlmanları və dəvət olunmuş qonaqları iftar süfrəsinə qonaq etdikləri qeyd olunub.

“Bu gün, Marneulidə yerli müsəlmanları və dəvət olunmuş qonaqları iftar süfrəsinə qonaq etdik. Ramazan, hər bir müsəlman üçün mənəvi təmizlənmə, bağışlanma və xeyirxahlıq ayıdır. Qoy hər birimizin ruhunda və ailəsində əmin-amanlıq, firavanlıq, xoşbəxtlik hökm sürsün. Bütün müsəlmanları Ramazan ayı və Ramazan Bayramının gəlişi münasibətilə bir daha təbrik etmək istəyirəm”, –
merin paylaşdığı məlumatda qeyd olunub.



Bundan əlavə Marneuli Bələdiyyə Məclisinin “Facebook” səhifəsində də iftar süfrəsi ilə bağlı paylaşım edilib. Paylaşılan məlumatda qeyd olunub ki, Marneuli yerli özünüidarəsi Ramazan ayı ilə bağlı iftara ev sahibliyi edib. Tədbirdə çıxış edən Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze yerli sakinləri müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

“İftara dəvət etdikləri üçün Azərbaycanlı vətəndaşlarımıza, bizim qardaşlarımıza və bacılarımıza təşəkkür edirəm. Hər bir müsəlmanı Ramazan ayı münasibətilə təbrik etmək istəyirəm. Ramazan bizim ölkəmizə və bütün dünyaya sülh və firavanlıq gətirsin. Allah hər kəsin duasını və orucunu qəbul etsin”,
– Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze iftarda çıxışı zamanı deyib.



İftar süfrəsində Kvemo Kartli qubernatorunun birinci müavini Qiorqi Şincikaşvili, Marneuli meriyasının və Bələdiyyə Məclisinin nümayəndələri, Gürcüstan Parlamentinin üzvləri Zaur Darğallı və Savalan Mirzəyev, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyə Respublikasının Gürcüstandakı səfirinin müavini Kazım Kartal, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov və İdarənin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Hacı Əziz Nəbiyev, din xadimləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google