Marneulidə ikinci sinif şagirdini avtomobil vurub
Bu gün, 2 oktyabr tarixində, saat 13:00 radələrində Marneuli rayonunun Təzəkənd kəndində avtomobil 2-ci sinif şagirdini vurub. Hadisə şahidlərinin sözlərinə görə, qəzadan sonra sürücü hadisə yerindən qaçıb.

Hadisə yerinə təcili tibbi yardım maşını çağırılmağına baxmayaraq, yaralını atası şəxsi avtomobili ilə xəstəxanaya aparıb.

Məlumata görə, Marneulidəki tibb məntəqəsi yaralı uşağı qəbul etməyib və uşaq Tbilisiyə aparılıb.

Şahidlərin bildirdiyinə görə, uşağın vəziyyəti ağırdır və o, komaya düşüb.

Kənd sakinlərinin sözlərinə görə, məktəbin yerləşdiyi ərazidə tramplin yoxdur və buna görə də avtomobillər sürətlə hərəkət edirlər.

"Marneuli" radiosu təfərrüatları öyrənməyə çalışır.

Print Email
FaceBook Twitter Google