21 dekabr tarixində Marneulinin 2024-cü il büdcə layihəsinin ictimai müzakirəsi keçiriləcək
21 dekabr tarixində Marneuli bələdiyyəsinin 2024-cü il büdcə layihəsinin ictimai müzakirəsi keçiriləcək. Bu barədə Bələdiyyə Məclisinin feysbuk səhifəsi məlumat yayıb və yazıb ki, iclas saat 11:00-da başlayacaq.

“Yerli Özünüidarə Məcəlləsinin” Gürcüstan orqanik qanununa əsasən, Marneuli bələdiyyəsinin 2024-cü il büdcə layihəsinin ictimai müzakirəsi keçiriləcək. Müzakirə 2023-cü ilin 21 dekabr tarixində, saat 11:00-da Marneuli bələdiyyəsinin konfrans zalında baş tutacaq”, – Marneuli Bələdiyyə Məclisi Aparatı yazıb.

Qeyd edək ki, 2024-cü il büdcəsinin ilk ictimai müzakirəsi 2023-cü ilin 22 noyabr tarixində keçirilib.

Print Email
FaceBook Twitter Google