10 ildən sonra Norqiulda yeni park köhnə “parkın” yanında tikiləcək
Marneuli bələdiyyəsinin Norqiuli kəndində yeni uşaq parkı və çardaq tikiləcək. Marneuli meriyası Norqiulda park və çardağın tikilməsini ağac, kol, stul, uşaqlar üçün atraksion, zibil qabı olmayan parkın yanında tikməyi planlaşdırır.

Marneuli meriyası Norqiulda parkı 2014-cü ildə 11 773 lariyə tikib. Ərazinin tullantılardan təmizlənməsi, hasarlanması, yaşıl örtüyün çəkilməsi və 4 zibil qabının yerləşdirilməsi. Bu 2013-cü ilin 25 sentyabr tarixində meriya ilə bağlanmış müqavilə əsasında “Aİ-TEN” MMC-nin həyata keçirdiyi əsas işlərdir. Əhali kənddə parkın salınmasına “Kəndə dəstək proqramı” çərçivəsində qərar verib.

Hazırda yalnız hasarı olan, Norqiulun birinci parkı kimi kənddə ikinci uşaq parkının tikintisi də kəndə dəstək proqramı çərçivəsində həyata keçiriləcək. Bu dəfə Marneuli meriyası uşaq parkı və çardağın tikintisini 29 306 lari 99 tetriyə planlaşdırır. Qeyd olunan vəsaitdən 15 070 lari dövlət büdcəsindən, 14 236 lari 99 tetri isə Marneuli yerli büdcəsindən xərclənəcək.

Marneuli meriyası Norqiulda yeni parkın tikintisi üçün “Pila 2010” MMC ilə 4 dekabr tarixində sadələşdirilmiş qaydada müqavilə bağlayıb. Müqaviləyə əsasən şirkət işləri 180 gün ərzində həyata keçirməlidir.

Print Email
FaceBook Twitter Google