Marneulinin 2024-cü il büdcəsi indiki mərhələdə 55 255 000 laridir (VİDEO)
21 dekabr tarixində Marneuli bələdiyyəsinin 2024-cü il büdcəsinin ikinci ictimai müzakirəsi baş tutub.

İclası Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze açıb və büdcənin müzakirəsini meriyanın Maddi-Texniki Xidmət rəhbəri Koba Çxitunidze davam etdirib. O, bildirib ki, 2024-cü ilin büdcəsi indiki mərhələdə 55 255 000 laridir, ancaq büdcənin yekun versiyasını qəbul edənə qədər məbləğ yenə artacaq.

Marneulinin 2024-cü il büdcəsinin müzakirəsi təxminən 40 dəqiqə davam edib. Müzakirədə əsasən yerli özünüidarə nümayəndələri iştirak ediblər. Müxalifət partiyasının nümayyəndələri isə artıq ikinci dəfədir ki, 2024-cü ilin ictimai müzakirəsində iştirak etmirlər.

İclasda “Salam” platformasından başqa heç kim sual verməyib. Marneuli Gender Bərabərliyi Şurasının nümayəndəsi İa Esebua isə təşəbbüslə çıxış edib.

Marneuli Bələdiyyəsinin 2024-cü il büdcəsi Bələdiyyə Məclisinin, 25 dekabr tarixində keçiriləcək iclasında təsdiqlənəcək.

Bələdiyyə Məclisi iclasını tam şəkildə buradan izləyə bilərsiniz:


Print Email
FaceBook Twitter Google