Büdcənin müzakirəsi zamanı Gender Bərabərliyi Şurası qadınların gücləndirilməsi üçün təşəbbüs irəli sürüb
21 dekabr tarixində Marneulinin 2024-cü il büdcəsinin ikinci müzakirəsi baş tutub.

Bələdiyyənin gender üzrə büdcə nümayəndəsi İa Esebua təşəbbüs irəli sürüb və bildirib ki, onların təşəbbüsləri qadınların iqtisadi gücləndirilməsinə istiqamətlənib.

“Şura təşəbbüs irəli sürür ki, 2024-cü ilin büdcəsində qadınların iqtisadi gücləndirilməsi məqsədilə qeyri-formal rəqəmsal təhsil kursları proqramı nəzərə alınsın. Kurs müxtəlid məhsulların internet reklamını əhatə edir. Proqram qadınların hazırlanmasını nəzərdə tutur. Eləcə də qadınların internet reklamlarını təqdim etməsi üçün işlə təmin edilməsinə dəstək olacaq. Mövcud proqram “Texqoqo” sosial müəssisəsi tərəfindən təklif olunub. Proqramın büdcəsi 15 000 laridir. Buna razılıq verilsə yaxşı olardı. İkinci təşəbbüsümüz də var. Çəhrayı Oktyabr kampaniyası çərçivəsində Marneulinin Gender Bərabərliyi Şurası “Vətəndaş Bərabərliyi Platforması” ilə birlikdə qadınlar üçün onkoloji müayinələr təşkil etdik. Böyük tələb var idi. Marneuli meriyası nəqliyyatla təmin etdi. Bu gün dövlətin onkoloji müayinələri tam maliyyələşdirməsindən irəli gələrək, bizim təşəbbüsümüz belədir ki, mümkündürsə nəqliyyat xərclərini büdcədə nəzərə alasınız və bizim benefisiarlar onkoloji xidmət ala bilsinlər. Təxminən 6-7 mindir”, – Esebua bildirib.

İa Esebuanın çıxışını razılıqla qarşılayıblar və bildiriblər ki, 2024-cü ilin büdcəsində bu istiqamətdə vəsait ayrılacaq.

Marneulinin 2024-cü il büdcəsinin müzakirəsi təxminən 40 dəqiqə davam edib. Marneuli Bələdiyyəsinin 2024-cü il büdcəsi Bələdiyyə Məclisinin, 25 dekabr tarixində keçiriləcək iclasında təsdiqlənəcək.

Print Email
FaceBook Twitter Google