Marneulinin 2024-cü il büdcəsi təsdiqlənib (VİDEO)
Bu gün, 25 dekabr tarixində Marneuli Bələdiyyə Məclisi 2024-cü ilin büdcəsini təsdiq edib. Bələdiyyə Məclisinin iclasında büdcəni Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Koba Çxitunidze təqdim edib.

“2024-cü ilin proqnozuna görə, Marneuli büdcəsinin vergi gəlirləri nominal ifadədə 44 194 400 lari təşkil edir. 2023-cü ilin plan göstəriciləri ilə müqayisədə 2024-cü il üçün vergi gəlirlərinin proqnozu 7 846 900 lari artıb, yəni 16 faiz artım deməkdir. Bələdiyyənin büdcə ödənişləri aşağıdakı kimidir, bələdiyyənin büdcə ödənişlərinin ümumi həcmi 55 275 000 lari təşkil edir. 2023-cü ilin birinci təsdiq edilmiş planı ilə müqayisədə bələdiyyənin öz gəlirlərinin payı 8593 lari artıb. Qeyd olunan artım əlavə dəyər vergisinin artması ilə bağlıdır. Kapital büdcə ümumilikdə 27 071 000 lari müəyyən edilib ki, burada bələdiyyənin öz vəsaitlərinin payı 17 417 800 lari təşkil edir. Eləcə də Regional İnkişaf Fondundan alınmış kapital köçürmənin birgə qarşılıqlı maliyyələşdirilməsi də buraya daxildir. O, ötən illərin orta göstəricisinin qismən artırılması ilə nəzərdə tutulub”, - Koba Çxitunidze bildirib.

Bələdiyyə Məclisinin iclasında meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri büdcənin prioritet istiqamətlərindən də danışıb.

“Prioritetlərə görə, ilk olaraq infrastrukturun inkişafı nəzərdə tutulub. bu ümumilikdə 16 478 000 lari müəyyən olunacaq. Yol infrastrukturunun inkişafı 4 608 000 lari, su sistemlərinin inkişafı 3 784 300 lari, küçə işıqları üçün 4 283 000 lari, bələdiyyə nəqliyyatı üçün 1 724 000 lari, abadlaşdırma üçün 1 982 300 lari, qəbiristanlıqlara xidmət və tikinti işləri üçün 95 000 lari nəzərdə tutulub. Təmizlik və ekologiya üçün 4 098 000 lari ayrılıb. Təmizlik və tullantıların idarə olunması üçün 2 720 000 lari, yaşıllıqlara qulluq üçün 375 000 lari nəzərdə tutulub. Təmizlik sahəsində kapital məbləğ 1 003 500 laridir”, – Koba Çxitunidze bildirib.

Büdcə prioritetlərinin və ayrılan vəsaitlərin siyahısı:
  • Təhsil – ümumilikdə - 5 922 000 lari
  • Buradan: məktəbəqədər təhsili üçün Uşaq Bağçaları Birliyinin subsidiyası - 5 700 000 lari
  • Məktəbəqədər təhsil müəssisələrinin təchiz edilməsi və bərpası - 150 000 lari
  • Ümumi təhsilə dəstək - 72 000 lari
  • Mədəniyyət, idman və gənclər – Ümumilikdə 9 078 500 lari
  • Buradan: idman sahəsinin inkişafı - 5 410 000 lari
  • Mədəniyyət sahəsinin inkişafı - 3 408 000 lari
  • Gənclərə dəstək - 110 000 lari
  • TV-radio yayımı və nəşriyyat fəaliyyəti – 150 000 lari
  • Səhiyyə (İctimai Səhiyyə Mərkəzinə subsidiya) - 316 000 lari
  • Sosial təminat – 2 703 000 lari
  • İdarəetmə və ümumi təyinatlı xərclər - 16 690 000 lari
  • Ehtiyat fondu – 400 000 lari
Marenulinin 2024-cü il büdcəsi 63 000 000 lari müəyyən edilib. Bələdiyyə Məclisinin iclasında Amiran Qiorqadze və Koba Çxitunidze qeyd ediblər ki, büdcə ildən-ilə artır və bu artım tendensiyasını qoruyacaq.


Print Email
FaceBook Twitter Google