Marneuli meri Kənan Ömərov və Saqareco meri Avtandil Qulikaşvili
qarşılıqlı əməkdaşlıq memorandum imzalayıblar.
Bu barədə yerli özünüidarə məlumat yayıb və yazıb ki, memorandum
Marneuli bələdiyyəsi, Saqareco bələdiyyəsi, “Beynəlxalq Qafqaz
Proqramları Bürosu” və Gürcüstan Texniki Universiteti arasında
bağlanıb.
“Qeyd edək ki, Marneuli və Saqareco bələdiyyələri
Avropa festaivalı şəhərləri platformasının üzvləridirlər. Məhz bu
layihə çərçivəsində “Mədəniyyət, Şərab və Texnologiya Şəhərləri
Platforması” yaradılıb. Platforma hər iki bələdiyyənin tanıdılması,
mədəni kimliyin saxlanılması və iqtisadi firavanlığın
yaxşılaşdırılmasına dəstək olacaq”.
Rəsmi görüşdə Bələdiyyə Məclisi sədri Amiran Qiorqadze, Marneuli
merinin müavinləri, Marneuli və Saqareco bələdiyyəsinin ərazi
struktur vahidliklərinin rəhbər şəxsləri iştirak ediblər.