Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti meriyadan ayrılıb
Marneuli bələdiyyəsinin Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti meriyadan ayrılıb.

Bu barədə Marneuli Bələdiyyə Məclisinin 2023-cü il 25 dekabr tarixinə olan iclasında məlumat verilib. Məsələni meriyanın İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze müzakirəyə çıxarıb. O, bildirib ki, qeyd olunan xidmət Gürcüstan Müdafiə Nazirliyinin tabeçiliyinə keçir. Buna görə də Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti üçün nəzərdə tutulmuş yanacaq, danışıq limitlərinin özünüidarə büdcəsindən çıxarılmasına qərar verilib.

"Bildiyiniz kimi, Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti Müdafiə Nazirliyinin tabeçiliyinə keçir. Qeyd olunan xidmət üçün nəzərdə tutulan danışıq və yanacaq limitləri çıxarılıb və azaldılıb", – Mamuka Şubitidze çıxışında bildirib.

Deputatların əksəriyyəti dəyişikliyi dəstəkləyib. Vahid Milli Hərəkatın üzvü Nərgiz Əliyeva əleyhinə səs verib. Məsələ səs çoxluğu ilə qəbul edilib.

Marneuli bələdiyyəsinin Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidmətinə Qiorqi Meurmişvili rəhbərlik edir.

Print Email
FaceBook Twitter Google