Ambarovka, Lejbəddin və Kürtlər kəndində daxili yollara asfalt qatının çəkilməsinə 1 565 085 lari xərclənəcək
Marneuli yerli özünüidarəsi üç kənddə daxili yollara asfalt qatının çəkilməsi işləri üçün tender elan edib. Meriya tərəfindən elan edilmiş tenderə görə, Ambarovka, Lejbəddin və Kürtlər kəndində daxili yollara asfalt çəkiləcək.

Ambarovka kəndində bir hissədə daxili yola asfalt çəkilməsi planlaşdırılır. Yolun uzunluğuq 1063 metrdir.

Meriya Lejbəddin kəndində 6 hissədə daxili yola asfalt çəkilməsini planlaşdırır, birinci hissənin uzunluğu 440 metr, ikinci hissənin uzunluğu 146, üçüncü hissənin uzunluğu 298, dördüncü hissəsnin uzunluğu 398, beşinci hissəsnin uzunluğu 96, altıncı hissənin uzunluğu isə 347 metr olacaq.

Kürtlər kəndində, layihəyə görə, 5 hissədə daxili yollara asfalt çəkiləcək. Birinci hissənin uzunluğu 293, ikinci hissənin uzunluğu 244, üçüncü hissənin uzunluğu 295, dördüncü hissənin uzunluğu 385, beşinci hissənin uzunluğu isə 307,5 metr olacaq.

Marneuli meriyası Lejbəddin, Ambarovka və Kürtlər kəndində daxili yollara asfalt çəkilməsi üçün 1 565 085 lari xərcləməyi planlaşdırır. Tender sənədlərinə görə, layihənin 95% dövlət, 5% isə yerli büdcədən maliyyələşdiriləcək.

Üç kənddə daxili yollara asfalt çəkilməsi işləri üçün elan edilmiş tenderdə iştirak etmək istəyən şirkətlər 28 yanvardan 2 fevral tarixinə qədər tender təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələn şirkət işləri müqavilə bağlandıqdan 150 gün ərzində yerinə yetirməlidir.

Print Email
FaceBook Twitter Google